“Tesla” Çində 1,1 milyondan çox elektrik avtomobilini geri çağırır.
Çin Dövlət Bazar Tənzimləmə İdarəsi cümə günü bildirib ki, “Tesla” potensial təhlükəsizlik riskləri səbəbindən Çində satılan həm yerli, həm də idxal edilən 1,1 milyondan çox elektrik avtomobilini geri çağıracaq.
Mayın 29-dan etibarən 1 milyon 104 min 622 “Tesla” avtomobilinin geri çağırılması idxal edilən “Model S”, “Model X” və “Model 3”, eləcə də Çində istehsal olunan “Model 3” və “Model Y” modellərinə şamil ediləcək.
Geri çağırılan avtomobillərdə sürücülərin uzun müddət qaz pedalını səhv salması ehtimalı var ki, bu da toqquşma riskini artıra və təhlükəsizlik riski yarada bilər.
Şirkət riski azaltmaq üçün geri çağırılan avtomobillərdə düzəliş edərək bildiriş funksiyaları əlavə etməyi planlaşdırır.