Lüks elektrik avtomobil istehsalçısı “Lucid” əsas investoru olan Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondundan təxminən 2,4 milyard dollar maliyyə almasına baxmayaraq, bu həftə 2023-cü ilin birinci rübü üçün gəlirinin az olması və zərərinin artması haqqında məlumat dərc edib.
Debit.az xəbər verir ki, “Lucid”in birinci rübdə satışdan gəliri 149,4 milyon dollar təşkil edib ki, bu da Refinitiv tərəfindən verilən 209,9 milyon dollarlıq orta analitik proqnozdan aşağıdır.
Şirkətin xalis zərəri 2022-ci ilin eyni dövründəki 81,3 milyon dollarla müqayisədə 2023-cü ilin birinci rübündə 779,5 milyon dollara çatıb.
İtkilər ümumilikdə çətin bazarla bağlıdır.
“Düşünürəm ki, hazırda bütün bazar makroiqtisadi və bazara təsit edən faiz dərəcələri problemlə üzləşir”, – şirkətin baş direktoru Peter Roulinson deyib.
Keçən il “Lucid” Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) bir filialı ilə özəl yerləşdirmədə 1,515 milyard dollar cəlb edib.
PIF “Lucid”in səhmlərinin 60%-dən çoxuna sahibdir.
Lucid Baş Maliyyə Direktoru Şerro Haus birinci rübün nəticələrini açıqlayarkən bildirib ki, şirkət birinci rübü 3,4 milyard dollardan bir qədər çox nağd pul, onların ekvivalentləri və investisiya ilə başa vurub.Ümumi likvidlik təxminən 4,1 milyard ABŞ dolları təşkil edir ki, bu da şirkəti ən azı 2024-cü ilin ikinci rübündə maliyyələşdirmək üçün kifayətdir.
2023-cü il üçün proqnoza görə, “Lucid” 10 mindən çox avtomobil istehsal edəcək. Kapital xərclərin 1,4 milyard dollardan 1,6 milyard dollara qədər olacağı gözlənilir.