Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazları üzrə 8 may 2023-cü il tarixində növbəti ödəniş aparılıb.
Debit.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, növbəti faiz ödənişi dövründə 3%-lik faiz gəliri 660.52 manat məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 660.52 manat olması nəzərə alınacaq.