Cari ilin yanvar-aprel aylarında gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 46,681 milyon manat təşkil edib.
Debit.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 24,7% çoxdur.
Son bir ildə gömrük rüsumları üzrə daxilolmalar 21 % artaraq 496,589 milyon manata çatıb. Əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 25,2 % artımla 1 milyard 470,764 milyon manat, aksizlər üzrə daxilolmalar 56,3 % artımla 62,297 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 1,5 % artımla 17,03 milyon manat təşkil edib.