Dünya bazarında neftin qiyməti artmaqda davam edir.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin iyul fyuçerslərinin qiyməti 0,54% artaraq, 1 barelə görə 75,71 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin iyun fyuçerslərinin dəyəri 0,62% artaraq, 1 barelə görə 71,78 dollar təşkil edib.