Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Midstream Operations” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
Törəmə şirkətin kapitalı 1 000 manatdan 59 501 000 manata çatdırılıb.
Xatırladaq ki, “SOCAR Midstream Operations” 2014-cü ildə yaradılıb. Şirkət qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil edir.