2023-cü ilin yanvar-may aylarında Azərbaycana 176 ölkədən 713 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 32,4 %-i Rusiya, 20,0 %-i Türkiyə, 8,1 %-i İran, 5,2 %-i Gürcüstan, 4,9 %-i Hindistan, 2,3 %-i Pakistan, 2,2 %-i Qazaxıstan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2 %-i Səudiyyə Ərəbistanı, 1,9 %-i Özbəkistan, 1,6 %-i Belarus, 1,5 %-i Ukrayna, 1,3 %-i Böyük Britaniya, 1,3 %-i Türkmənistan, 1,2 %-i Küveyt, 12 %-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 74,1 %-ni kişilər, 25,9 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan – 3,9 dəfə, Hindistandan – 3,2 dəfə, Belarusdan – 2,7 dəfə, Özbəkistandan – 2,6 dəfə, Qazaxıstandan – 2,0 dəfə, Rusiyadan – 2 dəfə, Böyük Britaniyadan – 1,8 dəfə, İsraildən – 1,7 dəfə, ABŞ-dan – 1,6 dəfə, Küveytdən – 43,8 %, Pakistandan – 43,0 %, Gürcüstandan – 41,7 %, Türkiyədən – 22,5 %, Omandan – 17,4 %, BƏƏ-dən – 14,7 % artıb.
2023-cü ilin yanvar-may aylarında MDB ölkələrindən gələnlərin sayı 2 dəfə artaraq 296,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,5 % azalaraq 103,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.