Dünya Bankı Ukrayna büdcəsinə 63 milyon avro köçürüb. Pul müəllimlərin maaşına sərf olunacaq.
Debit.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vəsait Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən Dünya Bankının “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinə dəstək” layihəsi çərçivəsində verilib.
Kreditin qaytarılma müddəti 4 illik güzəşt dövrü ilə 10 ildir (4 illik güzəşt dövrü).