2023-cü ilin yanvar-may aylarında 13,7 min ton əczaçılıq məhsulları idxal edilib.
Dövlət Gömrük Komitəsinə məlumatına görə, idxal edilən əczaçılıq məhsullarının dəyəri 288 milyon 700 min dollar təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 7,87 %, məbləğ ifadəsi ilə isə 9,5 % çoxdur.
Hesabat dövründə 30,8 milyon dollar dəyərində 35,9 min ton gübrə idxal olunub. Ötən ilin eyni dövründə dəyəri 23,9 milyon dollar dəyərində 30,3 min ton gübrə idxal edilib.