Bakı Fond Birjasında BOKT “INTERNATIONAL” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
19.06.202389
19 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “INTERNATIONAL” ASC-nin AZ1001021026 dövlət qeydiyyat nömrəli 3 000 000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 000 000 manat təşkil edib. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3 000 000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
