Özbəkistan Rusiyanın “Qazprom” şirkəti ilə təbii qazın alınması üçün iki il müddətinə müqavilə imzalayıb.
Ölkənin Energrtika Nazirliyinin məlumatına görə, tədarüklərin oktyabrın 1-də başlanması gözlənilir.
Razılaşma çərçivəsində Rusiyadan Özbəkistana ildə təqribən 2,8 milyard kubmetr qaz tədarük olunacaq.
Sənədləri Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamaxmudov və “Qazprom”un İdarəetmə Komitəsinin sədri Aleksey Miller imzalayıblar.