Sudanın paytaxtı Xartumun cənubunda hava hücumu nəticəsində beşi uşaq olmaqla azı 17 nəfər həlak olub.
Bu barədə “Associated Press” məlumat yayıb.
Hələlik münaqişə tərəflərindən heç biri – Sudan silahlı qüvvələri və Çevik Reaksiya Qüvvələri hadisə ilə bağlı şərh verməyib. Zərbənin təyyarə, yoxsa PUA tərəfindən həyata keçirildiyi də bəlli deyil. Hərbçilər Çevik Reaksiya Qüvvələri bölmələrinə qarşı təyyarələrdən fəal istifadə edir və onlar da öz növbəsində PUA-lardan yararlanırlar.
Qeyd edək ki, son həftələrdə Xartumda döyüşlər ordunun mövqelərini saxlamağa davam etdiyi paytaxtın cənub hissələrinə keçib.
Sudanda qarşıdurmalar 2023-cü ilin aprelində başlayıb. Son həftələr tərəflər vaxtaşırı atəşkəs sazişi bağlayıblar, lakin tez-tez döyüş əməliyyatlarının davam etdiyi barədə məlumatlar yayılır. Bununla paralel olaraq, hərbçilər və Çevik Reaksiya Qüvvələri daha əvvəl Ciddədə (Səudiyyə Ərəbistanı) danışıqlar aparmışdılar.
Daha bir atəşkəs 24 saat davam edib və iyunun 11-də başa çatıb.
Report