BƏƏ-nin neft və qaz sektoru nəzərə alınmadan ən böyük sənaye şirkəti olan Emirates Global Aluminium (EGA) Almaniyanın avtomobil istehsalçısı BMW Group-a günəş enerjisi və təkrar emal olunmuş metaldan istifadə etməklə hazırlanmış alüminium tədarük etməyə başlayıb.
EGA-dan bildirilib ki, alman avtomobil istehsalçısı CelestiAL-R adlı alüminiumdan ilin əvvəlindən güc aqreqatı korpusları, mühərrik komponentləri və iriqabaritli konstruksiya hissələri istehsal etmək üçün istifadə edir.
“BMW Qroup-un ən məsuliyyətli şəkildə istehsal edilən ən yüksək keyfiyyətli metala olan tələbi bizim davamlı inkişafımızı sürətləndirdi”, – EGA-nın baş icraçı direktoru Abdulnaser bin Kalban deyib.
Şirkət rəhbəri bildirib ki, EGA-nın məqsədi metalın və bunun nəticəsində idarə etdiyimiz avtomobillərin karbon intensivliyini daha da azaltmaq üçün CelestiAL-R-in tərkibində təkrar emal olunmuş metalın faizini davamlı olaraq artırmaqdır.
Şirkət hesab edir ki, təkrar emal edilmiş metal ilə qarışdırılmış CelestiAL günəş alüminiumu metal istehsalından karbon dioksid emissiyalarını əhəmiyyətli dərəcədə azaldır və istifadə olunan ərintidən asılı olaraq bir ton alüminium üçün dörd tondan az CO2 ekvivalentinə çatır.
Qeyd edək ki, yanvar ayında EGA BƏƏ-də alüminiumun təkrar emalı təşəbbüsünü başlatmaq üçün içki istehsalçıları, qalay qutuları və tullantıların utilizasiyası ilə məşğul olan şirkətlərlə birləşib.