2030-cu ilə qədər Oman dünyanın ən böyük hidrogen istehsalçılarından biri ola bilər.
Ölkə hazırda ixrac gəlirlərinin 60%-ni neft və qazdan əldə edir. Yaxın Şərqdə OPEC-ə daxil olmayan ən böyük neft istehsalçısı olan Oman 2030-cu ilə qədər ildə ən azı 1 milyon ton bərpa olunan hidrogen istehsal etməyi, sonra isə 2040-cı ilə qədər istehsal gücünü 3,75 milyon tona, 2050-ci ilə qədər isə 8,5 milyon tona çatdırmağı planlaşdırır.

Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, onilliyin sonuna qədər Yaxın Şərqin ən böyük aşağı karbonlu yanacaq ixracatçısı ola biləcək ölkə kifayət qədər bərpa olunan enerjiyə və geniş torpaq sahələrinə malikdir. Əsas hidrogen tədarükçüsünə çevrilmək üçün Oman hazırda gündəlik 200 min ton olan ammonyak ixracını 2030-cu ilə qədər 20-30 dəfə artmalıdır.
BEA-nın icraçı direktoru Fatih Birol hesab edir ki, neft və qaz hasil edən ölkə enerji gələcəyinə düzgün yanaşır sıfır emissiyaya nail olmaq üçün güclü iddiaları var:
“Aşağı qiymətli günəş və külək enerjisinin böyük potensialı ilə bərpa olunan hidrogen Omana çoxlu faydalar gətirəcək.”

Ölkədə 2030-cu ilə qədər hidrogen istehsalının inkişaf etdirilməsi üçün 1500 kvadrat kilometr ərazi ayrılıb və potensial inkişaf üçün 40 dəfəyə qədər daha çox ərazi müəyyən edilib.
Ötən il daha çox “Madayn” kimi tanınan Oman Dövlət Sənaye Zonaları Müəssisəsi ölkədə tullantıları hidrogenə çevirən 1,4 milyard dollar dəyərində zavod tikmək üçün ABŞ-ın “H2 Industries” şirkəti ilə birləşib.
Qeyd edək ki, bərpa olunan enerji mənbələrindən və təbii qazdan istehsal oluna bilən hidrogenin dünya iqtisadiyyatı və sənayesinin aşağı karbonlu dünyaya keçidi ilə kritik yanacağa çevriləcəyi gözlənilir.
Fransız investisiya bankı “Natixis” 2030-cu ilə qədər hydrogen istehsalına yatırımların 300 milyard dolları keçəcəyini təxmin edir.