Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək
Debit.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.