2023-cü ilin yanvar-may aylarında informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətlərin dəyəri 1168,7 milyon manat təşkil edib.
Debit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,5 % çoxdur.
Əldə edilmiş gəlirin 83 %-i qeyri-dövlət sektorunun payına düşüb.
Göstərilmiş xidmətlərin 76, %-i əhali sektoruna aid olunub.