2023-cü il 13 iyun tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0201040141 ISIN kodlu, tədavül müddəti 1820 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0201040141 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 118,1 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 50,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 91,4972 (gəlirlilik 9,6855%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 06 iyun 2028-ci ildir.