Cari ilin yanvar-may aylarında Azərbaycanda sənaye məhsullarının istehsalı azalıb.
Debit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 29,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 % az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,8 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,4 % artıb.
Sənaye məhsulunun 70,4 %-i mədənçıxarma sektorunda, 24,4 %-i emal sektorunda, 4,5 % -ielektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 2,9 % artıb.