Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Debit.az quruma istinadən xəbər verir ki, 9-12 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 15 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qurğular sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
Bakı şəhəri üzrə | |||
1. | Bayramov Sərxan Ələsgər oğlu | Xətai rayonu, Q.Nəbi küçəsi 2 | İnzibati protokol tərtib edilib |
2. | Fərzəliyev Xəyal Bəxtiyar oğlu | Xətai rayonu, Q.Nəbi küçəsi 4 | İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
3. | Məmmədov Ehdiram Hacıməmməd oğlu | Xətai rayonu, Babək prospekti 64 | İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
4. | İsmayılov RaqufBilal oğlu | Xətai rayonu, P.Həşimov küçəsi | İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
5. | Cəfərov EminCəlal oğlu | Xətai rayonu, Zeytun küçəsi | İnzibati protokol tərtib edilib |
6. | Məmmədov Hilal İbrahim oğlu | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 27 | İnzibati protokol tərtib edilib |
7. | Cəfərov Vidadi Süleyman oğlu | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 26 | İnzibati protokol tərtib edilib |
8. | Pəniyev Sərdar Eldar oğlu | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 329 | İnzibati protokol tərtib edilib |
9. | Aslanov EminAslan oğlu | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 234 | İnzibati protokol tərtib edilib |
10. | Abbasov Sərdar İmamverdi oğlu | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 19 | İnzibati protokol tərtib edilib |
11. | Həsənov Bəşir Qardaşxan oğlu | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 29 | İnzibati protokol tərtib edilib |
12. | Abbasov Astan Nürəddin oğlu | Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi | İnzibati protokol tərtib edilib |
13. | Hacıyev Elşad Sahib oğlu | Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi | İnzibati protokol tərtib edilib |
14. | Qədirov Niyaməddin Möhlət oğlu | Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dördyol dairəsi | İnzibati protokol tərtib edilib |
15. | Məlikov ArifYaşar oğlu | Sabunçu rayonu, Maştağa qəsəbəsi | İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.