İyunun 12-də vəfat edən İtaliyanın keçmiş baş naziri və “Forza Italia” Partiyasının qurucusu Silvio Berluskoninin sərvəti açıqlanıb.
İtaliyanın “Corrierre della Sera” qəzetinin dərc etdiyi məqalədə bildirilir ki, Berluskoninin əsas aktivləri arasında onun 1978-ci ildə yaratdığı “Fininvest” media qrupunun səhmlərinin 61%-i də var. Səhmlərin qalan hissəsi Berluskoninin 5 övladına məxsusdur.
2021-ci ilin hesabatına görə, şirkətin kapitalı 4,9 milyard avro təşkil edib və ötən il şirkət ailəyə 150 milyon dollar dividend gəliri gətirib.
Berluskoninin ölkə boyu 10-dan çox villası, bundan əlavə, Roma və Milanda yaşayış və digər daşınmaz əmlakı var.
Bundan əlavə, o, iki yaxta və bir yelkənli qayıq, həmçinin “Audi A17” markalı avtomobilə sahib olub.
Keçmiş baş nazir həmçinin, İtaliyanın “Monza” futbol klubunun sahibi idi.