“Nasdaq” Amerikanın “Thoma Bravo” investisiya şirkəti ilə ondan bank proqramlarının tərtibatçısı “Adenza”nın satın alınması barədə razılığa gəlib.
Alış birja operatoruna 10,5 milyard dollara başa gələcək və bu, şirkətin tarixində ən bahalı alış əməliyyatı olacaq.
Razılaşmanın şərtlərinə görə, “Thoma Bravo” “Nasdaq”ın kapitalının 14,9%-ni əldə edəcək və onun ən böyük səhmdarı olacaq. Bundan əlavə, investisiya şirkəti “Nasdaq”ın direktorlar şurasında yer alacaq. Tərəflər razılaşmanın 6-9 ay ərzində bağlanacağına ümid edirlər.
Adenza-nın satın alınması elanından sonra “Nasdaq”ın səhmləri investorların razılaşmanın dəyərindən narazılığı fonunda demək olar ki, 12% ucuzlaşıb.