Pakistan Rusiyadan idxal olunan neftin dəyərini yuanla ödəyib.
Debit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın neft üzrə dövlət naziri Musadik Malik məlumat verib.
Nazir bildirib ki, Pakistan və Rusiya arasında ilk razılaşma 100 000 ton neftin çatdırılmasını nəzərdə tutur ki, bunun da 45 000 tonu artıq Kəraçi limanındadır.
Ənənəvi ABŞ dolları əvəzinə Çin valyutası ilə ödəniş etmək qərarı Rusiyanın keçən il enerji daşıyıcıları üçün ödənişləri ABŞ valyutası ilə qəbul etməyəcəyini, əvəzində Çin və Birləşmiş Ərəb Əmirliklərinin valyutalarına keçəcəyini elan etməsindən sonra verilib.
Bundan əlavə, Ukraynadakı müharibədən sonra tətbiq edilən kütləvi sanksiyalardan sonra Rusiya ABŞ dollarının üstünlük təşkil etdiyi qlobal ödəniş sistemlərindən çıxarılıb. Analitiklər ciddi valyuta ehtiyatları çatışmazlığı və borc öhdəliklərinin yerinə yetirilməməsi riskini nəzərə alaraq yeni mexanizmi Pakistan üçün əlverişli hesab edirlər.