Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Debit.az quruma istinadən xəbər verir ki, 9 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 12 ticarət müəssisəsi, o cümlədən 3 aptek və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 1, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 2, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilmişdir.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Safa Store” market | Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi,ev 23A | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
2 | “Rüstəm” market | Ağsu şəhəri, Bakı-Qazax yolu | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
3 | “Ailə Market 2” | Ağsu şəhəri, M.V.Vidadi küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
İctimai iaşə müəssisələri | |||
4 | “İmperial” şadlıq evi | Bakı şəhəri, Nəsimi rayonu, A.Məmmədov küçəsi,ev 51K | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
5 | Quliyev Rzağa Gündüz oğluna məxsus dönərxana | Ağsu şəhəri, Bakı-Qazax yolu | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
6 | “Dörd Fəsil” restoranı | Lənkəran rayonu, Sütəmurdov kəndi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |