2023-cü ilin yanvar-aprel aylarında “ƏDV geri al” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında istehlakçılara ümumilikdə 545 232 kassa çeki üzrə 157,1 min manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Debit.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, cari ilin aprel ayında 182 721 kassa çeki üzrə 52,6 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə aprel ayında kassa çekləri üzrə 3,9 dəfə, qaytarılan məbləğ üzrə 2,5 dəfə artım olub.
Qeyd edək ki, hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi istehlakçılara geri qaytarılır.