2023-cü ilin aprel ayı ərzində Azərbaycanda kredit təşkilatları tərəfindən 1 milyard 936,6 milyon manat kredit verilib.
Bu göstəricinin həcmi ötən ayla müqayisədə 1,1%, 2022-ci ilin aprel ayı ilə müqayisədə isə 16,7% çoxdur.
Qeyd edək ki, verilən kreditlərin 91,6%-i və ya 1 milyard 774,8 milyon manatı milli valyutada, 8,4%-i və ya 161,9 milyon manatı isə xarici valyutada verilib.
APA