“Meta” əvvəlki məhkəmə qərarını pozaraq istifadəçi məlumatlarını Avropa İttifaqından (Aİ) ABŞ-a 1,2 milyard avro məbləğində cərimələnib.
İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) Aİ adından çıxış edərək bildirib ki, şirkətə Avropan Məlumatların Mühafizəsi Şurası tərəfindən 1,2 milyard avro inzibati cərimə tətbiq olunur.
DPC 2020-ci ildən bəri “Meta İrlandiya”nın şəxsi məlumatları Aİ-dən ABŞ-a ötürməsini araşdırır.
Araşdırma nəticəsində məlum olub ki, “Meta” Avropa Məhkəməsinin əvvəlki qərarında müəyyən edildiyi kimi, məlumat subyektlərinin əsas hüquq və azadlıqları üçün riskləri aradan qaldıra bilməyib.
Şirkətin sahibi Mark Zukerberq isə cəzadan apellyasiya şikayəti verəcəyini bildirib.
O, qərarı səhv adlandırıb və dərhal qadağanın dayandırılmasını tələb edəcəyini deyib.