Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC ilə Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində Rusiyanın “Sollers” şirkəti ilə və Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC arasında ölkəmizdə “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu “Sollers” şirkətinin baş direktoru Nikolay Sobolev və “Azərmaş” MMC-nin sədri Emin Axundov imzalayıblar.