Rusiyada 14 yaşından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq mümkün ola bilər.
Debit.az xəbər verir ki, bunu TASS-a Strateji Təşəbbüslər Agentliyinin Gənclər Təşəbbüsləri Mərkəzinin rəhbəri Aleksandr Vayno deyib.
Onun sözlərinə görə, agentlik gənclərin sahibkarlığı ilə bağlı federal qanuna yeni əlavələrin hazırlanmasında iştirak edir və 2025-ci ilə qədər Rusiyada 14 yaşından sahibkarlıqla məşğul olmağa icazə verilə bilər.
A. Vayno qeyd edib ki, elektronika və proqram təminatı sahəsində texnoloji startaplar gənc sahibkarlar üçün ən perspektivli sahələrdir və “Mənim vergim” tətbiqində qeydiyyat zamanı mövcud yaş məhdudiyyəti 14-18 yaşlı gənclər arasında sahibkarlığın inkişafına mane olur.