“Al Habtoor Group” Dubayda dünyanın ən böyük yaşayış binalarından birinin tikintisinə başlayır.
Şirkətin məlumatına görə, 81 mərtəbəli “Habtoor Tower” təxminən 327 min kvadrat metr tikinti sahəsindən 1701 mənzildən ibarət olacaq. Layihə ixtisas və təcrübə əsasında podratçı seçiminin son mərhələsindədir və BƏƏ, Çin, Hindistan və Avropadakı şirkətlərdən təkliflər alınıb.
“Habtoor Tower» dünyanın ən hündür binası “Burj Xəlifə”nin yerləşdiyi Dubay Su Kanalının yanında, Dubay Beynəlxalq Maliyyə Mərkəzinə yaxın ərazidə tikiləcək.
“Al Habtoor Qroup”un təsisçisi və sədri Xələf Əl Habtur bildirib ki, tikinti işləri üç il ərzində tamamlanacaq və bu, rekord vaxt olacaq.
“BƏƏ-nin göydələnlər kolleksiyasına qoşulan “Habtoor Tower” ölkəmizin məsuliyyətli inkişaf, innovasiyaların avanqardında qalmaq və dünyamızı gələcək nəsillər üçün qoruyub saxlamaq səylərinə uyğundur”, – şirkət rəhbəri qeyd edib.
İnşaat işlərinin dəyəri və göydələnin hündürlüyü açıqlanmır.
