2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub.
Debit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 % artıb.
İrana gedənlərin sayı 29,1 %, Türkiyəyə gedənlərin sayı 0,4 % azalıb.
Ölkə vətəndaşlarının 39 %-i Türkiyəyə, 24,3 %-i Rusiya Federasiyasına, 9,4 %-i Gürcüstana, 7,9 %-i İrana, 19,4 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 69,5 %-ni kişilər, 30,5 %-ni qadınlar təşkil edib.
2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30 %-i dəmir yolu və avtomobil, 67,2 %-i hava, 2,8 %-i isə dəniz nəqliyyatından istifadə edib.