Bu gün səhərdən dünya bazarında neftin qiymətləri aşağı düşüb.
Debit.az birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçersləri 1,45 % ucuzlaşaraq 1 bareli 75,5 ABŞ dollarına satılıb.
Nyu-York əmtəə birjasında isə “WTI” markalı neftin iyul fyuçerslərinin qiyməti isə 1,4 % ucuzlaşaraq 1 barel üçün 70,92 ABŞ dolları təşkil edib.