Robot taksilər Teslanın kapitalına müsbət təsir edə bilər.
Business Insider yazır ki, Capital Markets analitiklərinin hesablamalarına görə, robot taksilərin artması sayəsində Tesla səhmlərinin 19% artacaq və avtomobil nəhənginin ümumi bazar kapitallaşmasına 150 milyard dollardan çox vəsait əlavə olunacaq.
Eksperlərin fikrincə, robo taksilər gələcəkdə Teslanın dəyərinin 70%-dən çoxunu təşkil edə bilər.
Şirkət idarəetmə texnologiyasının yaxşı inkişafı sayəsində robot taksi bazarında lider olacaq və ABŞ-da bazarın 25%-ni, Avropada 8%-ni və Çində 7%-ni tuta biləcək.
Tesla-nın səhmlərinin qiyməti 2023-cü ildə artıq 107% artıb və şirkət təkcə son bir ayda bazar kapitallaşmasını 300 milyard dollardan çox artırıb.