Microsoft və Mercedes-Benz şirkətləri OpenAI-un ChatGPT süni intellektini alman lüks avtomobil istehsalçısının parkında sınaqdan keçirmək üçün birləşəcək.
Bu, ChatGPT-nin nəqliyyat vasitələrində ilk tətbiqi olacaq.
Şirkətin məlumatına görə, sınaqlar ABŞ-da 900 mindən çox avtomobili əhatə edəcək və Mercedes-Benz sahibləri cümə günündən etibarən proqramda iştirak etmək imkanı əldə edəcəklər.
İstehsalçı bildirib ki, , MBUX məlumat-əyləncə sistemi ilə təchiz edilmiş avtomobil sahibləri rəqəmsal səs köməkçisini “daha da intuitiv” etməklə “Salam Mercedes” deyərək funksiyanı aktivləşdirə biləcəklər.
“ChatGPT mövcud intuitiv səs nəzarətini tamamlayır.Əksər səs köməkçiləri əvvəlcədən təyin edilmiş tapşırıqlar və cavablarla məhdudlaşsa da, ChatGPT təbii dil anlayışını xeyli yaxşılaşdırmaq və cavab verə biləcəyi mövzuları genişləndirmək üçün böyük dil modelindən istifadə edir”, – şirkətin məlumatında deyilir.
Yeni funksiya bəzi Mercedes-Benz-in A, C, H, N, R, S, V, W və X sinif modelləri üçün əlçatan olacaq.