May ayında Iran sutkada 1,5 milyon bareldən çox neft ixrac edib.
Ölkənin hələ də ABŞ sanksiyaları altında olmasına baxmayaraq bu, 2018-ci ildən bəri ən yüksək rəqəmdir.
Ötən ay Tehran xam neft hasilatını sutkada 3 milyon bareldən çox artırdığını bildirib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir.
Keçən həftə ABŞ və İranın nüvə sazişi üzrə danışıqların bərpasından sonra irəliləyiş əldə etdiyinə dair xəbərlərin yayılması fonunda neft qiymətləri ucuzlaşmışdı.
İsrailin “Haaretz” qəzeti danışıqların gözlənildiyindən daha sürətlə getdiyini və çox güman ki, bir neçə həftə ərzində razılaşmanın əldə olunacağını yazıb.
Ehtimal olunur ki, razılaşmanın şərtlərinə İranın gündə 1 milyon barrelə qədər neft ixrac etmək icazəsi müqabilində uranın 60% və ya daha çox zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırması da daxil olacaq.