Süni intellekt texnologiyaları sürətlə inkişaf edir və müasir həyatın bir çox aspektlərinə təsir edir.
Bununla belə, bəzi ekspertlər süni intellektin gələcəkdə zərərli ola biləcəyini düşünürlər.
Fransalı alim, informasiya texnologiyaları üzrə professor Yan Lekun BBC-yə bildirib ki, bəzi ekspertlərin süni intellektin bəşəriyyət üçün təhlükə olması ilə bağlı narahatlıqları ağılsızlıqdır:
“Süni intellekt dünyanı ələ keçirəcəkmi? Xeyr, bu, insan təbiətinin maşınlara proyeksiyasıdır”
“Kompüterlər insanlardan daha ağıllı olacaq, lakin buna hələ çox illər var və onun təhlükəsiz olmadığını bilirsinizsə, onu qurmayın”, – professor deyib.
Alimin sözlərinə görə, süni intellektin insanlar üçün təhlükli ola biləcəyini düşünən insanlar bunu necə təhlükəsiz etmək barədə heç bir təsəvvürlərinin olmadığı üçün bu fikirdədirlər.
O qeyd edib ki, təhlükəli nəticələrin qarşısını almaq üçün gələcəkdə bəzi güclü süni intellektin qadağan edilməsi lazım ola bilər.
Alim hesab edir ki, intellektual kompüterlər bəşəriyyətə internet və ya çap maşını ilə eyni şəkildə intibah yaradacaq.