Çərşənbə axşamı birjaların bağlanması vaxtı çip istehsalçısı Nvidia-nın bazar dəyəri ilk dəfə olaraq 1 trilyon dollara çatıb.
Bu, süni intellekt bumu fonunda son ayların səhm qiymətlərində davamlı artımın bir hissəsi hesab olunur.
Nvidia-nın 1 trilyon dollarlıq dəyəri onu Apple, Microsoft, Alphabet və Amazondan sonra ABŞ-ın beşinci ən böyük şirkəti edir. Tesla və Meta Platforms şirkətləri keçmişdə 1 trilyon dollar səviyyəsini üstələsə də hazırda onların dəyəri bu rəqəmdən aşağıdır.
Kompyuter oyunlarında istifadə edilən çipləri ilə tanınan Nvidia son bir neçə ildə diqqətini məlumat mərkəzi bazarına yönəldib.
Pandemiya zamanı oyunların daha da populyarlaşması, bulud texnologiyalarının sürətli artımı, süni intellektin inkişafı və kriptovalyutaların emalı üçün çiplərdən geniş istifadə şirkətin fəaliyyətinə müsbət təsir edib.
Yanvarın 29-da başa çatan maliyyə ilində şirkətin gəlirlərinin 50%-lik hissəsini məlumat mərkəzləri üçün çiplərin satışı təşkil edib.
Məlumatları emal edən və süni intellekt yaradan böyük kompüterlər qrafik prosessorlar adlanan güclü çiplərlə işləyir.

Analitiklərin fikrincə, Nvidia qrafik prosessorlar bazarının təxminən 80%-nə nəzarət edir.
Qrafik prosesorlar süni intellekt vasitəsi ilə riyazi hesablamaların emalının daha səmərəli olması üçün nəzərdə tutulub. Intel kimi şirkətlərin standart mərkəzi çipləri isə daha geniş hesablama tapşırıqlarını daha az səmərəliliklə yerinə yetirir.
Məsələn, OpenAI-ın ChatGPT süni intellekti Nvidia-nın istehsal etdiyi minlərlə qrafik prosessordan istifadə edilməklə qurulub.
Nvidia-nın əsas rəqibləri Amazon, Google və Meta Platforms kimi şirkətlər tərəfindən hazırlanmış Advanced Micro Devices və süni intellekt mikroçipləridir.