Kanadanın Gibson Energy şirkəti South Texas Gateway neft terminalını təxminən 1,1 milyard dollara almaq üçün Buckeye Partner ilə müqavilə bağlayıb.
Debit.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Müqavilə Gibson-a uzunömürlü resurslara birbaşa boru kəməri bağlantısı və çox böyük xam neft nəqli potensialı olan dünyanın ən rəqabətqabiliyyətli maye terminallarından birinə çıxış imkanı yaradacaq.
South Texas Gateway terminalı 8,6 milyon barel anbar tutumu ilə ABŞ-da ikinci ən böyük neft ixracı obyektidir. Bu göstəricinin 10 milyon barrelə çatdırılması da mümkündür. Obyektdə gündə təqribən 800 000 barel xam nefti emal etmək gücünə malik iki böyük dok var.
Terminalın tikintisi dünyanın ABŞ neftinə artan tələbatını qarşılamaq üçün 2020-ci ildə tamamlanıb. İlk ixrac həmin ilin iyulunda limanı tərk edib.