Cari tədris ilində ümumi təhsil müəssisələrində 98 649 nəfər 11-ci sinfi, 145 597 nəfər isə 9-cu sinfi bitirir.
Debit.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib.
Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 666 uşaq təhsil alıb.