Rusiyanın “Utair” aviaşirkəti Tümendən Bakıya reyslərin sayını artırır.
Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
İndi Tümendən Bakıya həftədə iki dəfə – çərşənbə və cümə günləri getmək mümkün olacaq. Təyyarələr Tümendən Bakıya çərşənbə günləri saat 18:00-da, cümə günləri isə 19:00-da yola düşəcək. Azərbaycan paytaxtından isə müvafiq olaraq, 11:35-də və 22:45-də geri qayıdacaq.