2023-cü ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 90,9 milyon ton yük və 742,8 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,8 %, sərnişin daşınması isə 19 % artıb.
Yüklərin 55,6 %-i avtomobil, 32,1 %-i boru kəməri, 8,3 %-i dəmir yolu, 3,9 -%-i
dəniz, 0,1 %-i isə hava nəqliyyatı ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,3 % artıb. Daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,5 % təşkil edib.
2023-cü ilin yanvar-may aylarında nəqliyyatçılar tərəfindən 742,8 milyon sərnişinə xidmət göstərilib. Sərnişinlərin 87,1%-i avtomobil nəqliyyatı, 12,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.