2023-cü ilin yanvar-may aylarında ölkədə 49580,8 milyon manatlıq və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 % çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,0 % artıb.
ÜDM istehsalının 45,5 %-i sənaye, 9,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,5%-i tikinti, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,9 %-i digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 4890,6 manata bərabər olub.