2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 14,7 artaraq 30,3 milyard manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında dövlət büdcəsinə 13 961 milyon manat vəsait daxil olmuş, büdcədən 11 142,4 milyon manat vəsait
xərclənib. büdcənin icrasında 2 818,6 milyon manatlıq profisit yaranıb.
Mərkəzi Bankın məlumatlarına görə, 2023-cü il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 21 005,9 milyon manat təşkil edib, onun 17 378,1 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 2,8 %-ni təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2023-cü il may ayının 1-nə 12 211,6 milyon manat olub.
2023-cü ilin yanvar-may aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,84 manata, 100 Türk lirəsinə – 8,89 manata, 100 Rusiya rubluna –
2,24 manata bərabər olub.