Cari ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 612 min barel olub.
Debit.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 500 min barrelini xam neft, 112 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.