“Goldman Sachs” ilin sonuna neft qiymətləri proqnozunu bir barelə görə əvvəlki 95 dollardan 86 dollara endirib.
İnvestisiya bankının proqnozuna görə, tələbin azalması və təklifin yeksək olması, xam neftin ən böyük idxalçısı olan Çində iqtisadi artımın zəifləməsi neft qiymətlərinə mənfi təsir göstərir.
“Goldman Sachs”ın bazar günü dərc etdiyi məqalədə bildirilir ki, bu ilin üçüncü rübündə gündəlik 2,5 milyon barel artacağı proqnozlaşdırılan ehtiyat gücünün artırılması ilə “OPEC”in hasilatı azaltması uzunmüddətli neft qiymətləri üzərində təzyiqi azalda bilər.