Bazar günü 25 milyard dollarlıq imperiyasına nəzarəti kiçik oğlu Aleksandr Sorosa təhvil verən investisiya maqnatı Corc Sorosun şəxsi sərvəti 8,5 milyard dollar qiymətlədirilir.
“Bloomberg”in “Milyarderlər İndeksi”nə görə, Soros dünyanın 249-cu ən varlı adamıdır.
Bununla belə, “Forbes” biznes jurnalı maliyyəçinin sərvətini 6,7 milyard dollar qiymətləndirir.
92 yaşlı Soros sərvətini “Soros Fund Management”i təsis etməklə qazanıb. 1973-cü ildə qurulan şirkət bir neçə onilliklər ərzində investorlara 30 milyard dollardan çox gəlir gətirib.
“Celebrity Net Worth” sərvət izləmə saytının məlumatına görə, bu gün fondun təxminən 45 milyard dollarlıq aktivi idarə etdiyi güman edilir.
“Soros Fund Management” dörd onillikdən çox müddət ərzində investorlar üçün orta illik 20% gəliri ilə tarixin ən gəlirli investisiya fondlarından biri hesab edilir.