Dünya bazarında neft ucuzlaşıb.
Debit.az xəbər verir ki, “Brent” neftinin avqust fyuçerslərinin qiyməti 0,66 % azalaraq 1 barel üçün 76,59 ABŞ dolları təşkil edib. WTI neftinin iyul fyuçersləri isə 0,47 % ucuzlaşıb və 1 bareli 72,33 ABŞ dollarıından satılıb.
“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,07 ABŞ dolları və ya 1,29 % artaraq, 84,11 ABŞ dolları təşkil edib.