Ingiltərədə inflyasiya artıb.
Britaniya Pərakəndə Ticarət Konsorsiumu (BRC) və “Nielsen” şirkəti tərəfindən aparılan sorğunun nəticəsinə görə, aprel-may aylarında ümumi inflyasiya 8,8%-dən 9%-ə yüksəlib.
May ayına qədər ərzaq inflyasiyası 15,4%-ə düşüb. Apreldə bu göstərici 15,7% idi. Bu, hələ də inanılmaz dərəcədə yüksək rəqəm hesab olunur. Bir il əvvəl qida məhsullarına təxminən 20 funt sterlinq (25 dollar) xərcləyən şəxs indi eyni məhsullar üçün 23 funt sterlinqdən bir qədər çox ödəməlidir.
May ayında inflyasiya tempi apreldə müşahidə olunan ərzaq inflyasiyasından aşağı olmasına baxmayaraq, bu, “BRC” tərəfindən qeydə alınan ikinci ən sürətli illik artımdır.
Meyvə-tərəvəz məhsullarında qiymət artımı aprel ayındakı 17,8% – ə nisbətən may ayına qədər illik müqayisədə 17,2% təşkil edib. Bununla belə, may ayında uzun müddət saxlanıla bilən qida məhsullarında inflyasiya apreldə qeydə alınan 12,9%-dən 13,1%-ə yüksəlib.