Azərbaycanın 2023-cü il üzrə yenilənmiş dövlət büdcəsində büdcə gəlirlərinin 34,7%-i Dövlət Neft Fondundan tranfertin payına düşəcək.
Debit.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, büdcə gəlirlərinin 11 milyard 737 milyon 700 min manat Dövlət Neft Fondudan transfertlər təşkil edəcək ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 457,7 milyon manat və yaxud 4,05 % çoxdur.