Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində gəliri və xərcləri artırılır.
Debit.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı təklif Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsində yer alıb.
Cari ilin dövlət büdcəsində büdcə gəlirləri 3 milyard 5 milyon 522 min manat və yaxud 9,7%, büdcə xərcləri isə 3 milyard 215 milyon 522 min manat və yaxud 9,6% artırılır.