2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi 6 iyun saat 18:00-dan etibarən dayandırılacaq.
Debit.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.